Farqo (teleserial, 2014)

Farqo
ing. Fargo
Loqonun şəkli
Teleserialın rəsmi loqosu
Teleserialın rəsmi loqosu
Janr
Əsaslanır Farqo
Operator
Prodüser
Yaradıcısı Noa Hoyli
Ssenarist Noa Hoyli
Rollarda
Yaş reytinqi 18+
Bəstəkar Ceff Russo
İstehsalçı ölkə  ABŞ
İl 2014–h.h.
Studiya
Dil ingilis dili
İlk çıxış tarixi 15 aprel 2014 (2014-04-15)
Rəng rəngli
Mövsüm sayı 5
Seriya sayı 51
Seriya vaxtı 46–68 dəqiqə
Telekanal FXFX
IMDb ID2802850
Format 16:9 HDTV
fxnetworks.com/fargo

Farqo (ing. Fargo) — Noa Hoyli tərəfindən yaradılmış və yazılmış, qara faciəvi komediya janrında olan ABŞ antologiya teleserialı. Serial 1996-cı ildə Koen qardaşları tərəfindən çəkilmiş eyniadlı filmdən ilhamlanıb. Koen qardaşları həmçinin, bu serialın icraçı prodüserləridir. Serial ilk dəfə 15 aprel 2014-cü il tarixində «FX» telekanalında yayımlanmışdır.[1] Serialın hər mövsümü başqa dövrlərdə cərəyan edir, fərqli məzmuna və əsasən yeni aktyor heyətinə malikdir. Serialın hər mövüsümündə Koen qardaşlarının çəkdikləri filmlərə çoxsaylı istinadlar olur.[2]

Serialın birinci mövsümünün hadisələri 2006-cı ildə cərəyan edir, baş rollarında Billi Bob Tornton, Ellison Tolman, Kolin HenksMartin Frimen var. Birinci mövsüm tənqidçilərdən müsbət rəylər almışdır.[3] Birinci mövsüm Görkəmli miniserial, Görkəmli rejissura və Görkəmli kastinq kateqoriyalarında Praym-taym «Emmi» mükafatına layiq görülmüş, o cümlədən Görkəmli ssenari, Görkəmli rejissura və bütün baş rollar üçün aktyorluq kateqoriyaları daxil olmaqla əlavə 15 nominasiya əldə etmişdir. Birinci mövsümün baş rollarından birini canlandıran Tornton Ən yaxşı miniserial və ya televiziya filmi və Ən yaxşı aktyor – miniserial və ya televiziya filmi kateqoriyalarında «Qızıl qlobus» mükafatını qazanmışdır.

Serialın ikinci mövsümünün hadisələri 1979-cu ildə cərəyan edir, baş rollarında Kirsten Danst, Patrik Vilson, Cessi Plemons, Cin SmartTed Denson var. İkinci mövsüm də tənqidçilərdən müsbət rəylər almışdır.[4] İkinci mövsüm iki «Qızıl qlobus» mükafatı nominasiyası, eləcə də Görkəmli miniserial və Danst, Plemons, Smart və Bukem Vudbayn üçün aktyorluq kateqoriyaları kimi bir neçə «Emmi» nominasiyasına layiq görülmüşdür.

Serialın üçüncü mövsümünün hadisələri 2010-cu ildə cərəyan edir, baş rollarında Evan Makqreqor, Kerri Kun, Meri Elizabet Uinsted, Qoran BoqdanDevid Tülis var. Üçüncü mövsüm də tənqidçilərdən müsbət rəylər almışdır.[5] Üçüncü mövsüm Görkəmli miniserial, Makqreqor, Kun və Tülis üçün aktyorluq nominasiyalarına layiq görülmüşdr. Üçüncü mövsüm «Qızıl qlobus» mükafatı nominasiyasına layiq görülmüşdür. Makqreqor və Tülis aktyorluq kateqoriyaları üzrə nominasiya əldə etmiş, Makqreqor isə öz kateqoriyasında mükafata layiq görülmüşdür.

Serialın dördüncü mövsümü hal-hazırda istehsal proresindədir. Çəkilişlərə 2019-cu ilin axırlarında start verilib və Kris Rok baş rolu canlandıracaq. Üçüncü mövsümün hadisələri 1950-ci ildə, Missuri ştatının Kanzas-Siti şəhərində cərəyan edəcək..[6]

  1. Qoldberq, Lezli. "FX's 'Fargo' Cast, EPs on Film Comparisons, Anthology Format, Courting Billy Bob Thornton". hollywoodreporter.com (ingilis). The Hollywood Reporter. January 14, 2014. January 19, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2019.
  2. Mürrey, Noel. "'Fargo': A Guide to the Show's Coen Brothers' References". rollingstone.com. Rolling Stone. April 20, 2017. March 25, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2019.
  3. "Fargo: Season 1". metacritic.com (ingilis). Metacritic. November 27, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2019.
  4. "Fargo: Season 2". metacritic.com (ingilis). Metacritic. June 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2019.
  5. "Fargo: Season 3". metacritic.com (ingilis). Metacritic. April 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2019.
  6. D'Alessandro, Entoni. "'Fargo' Season 4 Is Happening With Chris Rock Starring – TCA". deadline.com (ingilis). Deadline. August 3, 2018. August 3, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2019.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search